Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümü Qusar rayonunda qeyd olundu.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümü münasibətilə 13 fevral 2019-ci il tarixdə Qusar rayon İcra Hakimiyyətinin, rayon idarə və müəssisə rəhbərlərinin həmçinin ağsaqqalların iştirakı ilə Qusar şəhəri Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.
Tədbir ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə başlanıb. Daha sonra tədbir Heydər Əliyev Mərkəzinin akt zalında davam etdi. Tədbirdə çıxış edən Qusar rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev, Qusar rayonunda səfərbərlik hazırlığı və gənclərin həqiqi hərbi xidmətə çağırılması sahəsində xidmətin rayon şöbəsinin işini rayon rəhbərliyi və icmaiyyəti tərəfindən yüksək qiymətləndirdiyini vurğuluyaraq rayon İcra Hakimiyyəti başçı tərəfindən fərxri fərmanları ilə təltif olunan bir qrup əməkdaşına fərmanları təqdim etdi.