Qusar rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibdə iclası.
06.03.2019-cu il tarixdə Qusar rayon İcra Hakimiyyətinin akt zalında, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlərin müzakirəsinə həsr olunmuş Qusar rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilmişdirdir. İclasda RİH başçısı yanında Şuranın üzvləri, rayonun bir sıra idarə və müəssisə rəhbərləri iştirak edib.