Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda "Ölkə üzrə tibbi sığorta sisteminin tətbiqi" mövzusunda maarifləndirici görüş keçirilib

15 iyul 2019 | 16:00

13.07.2019-cu il tarixdə Qusar Mədəniyyət Mərkəzində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Ölkə üzrə tibbi sığorta sisteminin tətbiqi" mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir "İcbari tibbi sığorta sisteminin üstünlükləri", "İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri", "İcbari tibbi sığortanın tətbiqinin əhalinin sağlamlığına təsiri", "İcbari tibbi sığortanın Litva və Fransa təcrübəsi" kimi alt mövzulardan ibarət olub. Görüşün sonunda iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.

Keçidlər