Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Sudur kəndində "Açıq mikrofon" keçirilib

07 avqust 2019 | 16:00

07 avqust 2019-cu ildə Qusar rayonunun Sudur kəndində "Açıq mikrofon" təşkil olunub

Rayon icra hakimiyyəti aparatının, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxslərinin Sudur inzibati ərazi dairəsinə daxil olan kəndlərin sakinləri ilə “Açıq mikrofon” formatında keçirilən görüşündə çıxış edən sakinlər rayon mərkəzinə gedən yolun asfaltlanmasını, yaşayış məntəqəsinin təbii qazla təmin olunmasını, kənd məktəbi üçün yeni binanın tikilməsini, elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə mövcud köhnə şəbəkənin və istismara yararsız dirəklərin yeniləri ilə əvəz olunması kimi istəklərini diqqətə çatdırdılar.

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov bildirmişdir ki, belə görüşlərin əsas məqsədi mövcud problemləri yerindəcə öyrənmək və onların həlli yollarını birgə araşdırmaqdan ibarətdir. Qeyd edilmişdir ki, bütün respublikada olduğu kimi, Qusarda da kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının dinamik xarakter alması üçün mühüm tədbirlər həyata keçirilməkdədir.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək, kənd sakinlərinin bütün istəklərini nəzərə alınacağı, cənab Prezidentin Sərəncamına uyğun olaraq kəndi şəhəri ilə birləşdirilən yolun yenidən qurularaq asfaltlanacağı, mövcud digər problemlərin aradan qaldırılması istiqamətində işlərin davam etdiriləcəyini bildirmişdir.

 

Keçidlər