Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda Qurban bayramı qeyd olundu

12 avqust 2019 | 16:00

Qurban bayramının müsəlman aləminin ən gözəl və tarixi, ruzi-bərəkət  bayramlarından biri olduğundan ölkəmizdə həmişə olduğu kimi bu ildə də dövlət səviyyəsində iki gün bayram elan edildi, 12-13 avqust 2019-cu il bayarm günləri elan edildi. Qurban bayramı ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov rayon sakinlərini təbrik etdi, ölkəmizin hər yerində olduğu kimi Allah yolunda qurbanlar kəsildi, cənab Prezidentin rəhbərliyi ilə xalqımızın daha da firavan və əmin-amanlıqla yaşaması, dövlətimizin inkişafı və tərəqqisi üçün dualar edildi, şəhidlərimizin ölməz xatirəsinin ehtiramla yad olundu, insanlar arasında şəfqət və mərhəmət duyğularının nümayiş olunduğu bu bayramda, 12 avqust səhər saatlarından başlayaraq şəhərin bir neçə yerində onlarla qurban kəsilərək şəhər sakinlərinə və imkansız ailələrə paylandı, bayram sovqatları verildi.

Keçidlər