Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul Qayakənd kəndində keçirilib

25 sentyabr 2019 | 16:00

25.09.2019-cu il tarixdə Qusar RİH başçısı Şair Alxasov Qusar rayonunun Qayakənd kəndinin sakinləri ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov iştirak edib. Kənd sakinləri onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan problemlər arasında Qusar-Qayakənd avtomobil yolunun asfaltlanması, kənddə modul tipli ibtidai məktəbin tikintisi, içməli su və kanalizasiya xətlərinin çəkilməsi, kəndin "Qayakənd bağları" adlanan yaşayış massivinin qazlaşdırılması, yararsız elektrik dirəklərin və naqillərin dəyişdirilməsi kimi məsələlər öz əksini tapib. Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə lazımi tapşırıqlar verilmişdir.

 

 

 

 

 

 

 

 

Keçidlər