Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Qusar-1” su elektrik stansiyasının təməlqoyma mərasimi

12 avqust 2010 | 15:00

Prezident İlham Əliyev “Qusar-1” su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.

İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

“Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, dövlətimizin başçısı respublikada 2010-cu ili alternativ enerji mənbələrinin istifadəsi və ekologiyanın yaxşılaşdırılmasında kəskin dönüş ili elan etmişdir. Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli Sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramların hazırlanması “Azərenerji” ASC-yə tapşırılmışdır.

Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir.

Layihənin əsas komponentləri haqqında dövlətimizin başçısına ətraflı məlumat verildi. Buraya xüsusi su hovuzu, hər birinin uzunluğu 577 metr, diametri 900 millimetr olan 3 boru xətti, turbin zalı, ümumi gücü 1 MVt olan 3 hidroturbin və hidrogenerator, 10 kV-luq yarımstansiya və elektrik verilişi xətləri daxildir.

Tikintinin 2011-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. İnşaat işləri yerli “Azenco” şirkəti tərəfindən həyata keçiriləcəkdir.

Layihənin icrası nəticəsində Qusar rayonunun Urva kəndi yaxınlığında inşa edilən su elektrik stansiyasında ildə 7 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunacaqdır.

Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığı tökdü.

Dövlət başçısı inşaatçıları və energetikləri təbrik etdi, onlara tapşırıq və tövsiyələrini verdi.

Keçidlər