Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
Oktyabrın 17-də Qusar rayonunda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb.
Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Elman Mustafayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simon Haeberli, BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti və BMT-nin Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması qurumunun layihə müşaviri Mexjabin Alarakxia çıxışlarında Azərbaycanda gender bərabərliyi sahəsində dövlət tərəfindən mühüm işlərin görüldüyünü, resurs mərkəzləri qadınların biznes bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu, Qusar rayonunda açılan Qadın Resurs Mərkəzi qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqinə mühüm töhfə verəcəyi bildiriliblər. Həmçinin ölkəmizdə 2011-ci ildən Qadın Resurs mərkəzlərinin yaradılmasına start verildiyini, bir neçə min qadın mühasibat uçotu və maliyyə savadlılığı, informatika, maliyyələşmə üsulları, qadınların insan hüquqları və iqtisadi hüquqları, təqdimat bacarıqlarının gücləndirilməsi və şəbəkələşmə kimi sahələrdə pulsuz təlimlərdən yararlandığını, təlimlər vasitəsilə yüzlərlə qadına qrant dəstəyindən yararlanaraq, öz bizneslərini qurmaqda kömək edildiyi qeyd edilib. Artıq bu cür 8 mərkəzin fəaliyyət göstərdiyini, daha bir mərkəzin Xaçmaz rayonunda yaradılması nəzərdə tutulduğunu qeyd olunub.
İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simon Haeberli, Qusardakı mərkəz İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi çərçivəsində kənd və rayon yerlərində qadınlar üçün yaradılan üç regional mərkəzdən biri olduğunu, digər iki mərkəz isə Bakının Xəzər, həmçinin Sabirabad rayonlarında yerləşdiyini və Azərbaycanda bu layihə BMTİP tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirildiyini qeyd edib.
Mərkəzin açılış mərasimində “Öz biznesinə başla və inkişaf et” müsabiqəsinin qaliblərinə və sahibkarlıq fəaliyyətinə başlamaq üçün qrantla təmin edilən qadınlara sertifikatlar təqdim olunub.