Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda keçirilən beynəlxalq konfransda mədəniyyətlər, xalqlar və sivilizasiyalar arasında dialoq müzakirə olunub

29 oktyabr 2019 | 16:00

Oktyabrın 28-də Qusarda Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Simurq” Mədəniyyət Assosiasiyası tərəfindən “Dünya dəyərlərinin, humanizmin və insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu” adlı beynəlxalq konfrans təşkil olunub.

“Şahdağ” Turizm Mərkəzində keçirilən konfransda M.V.Lomonosov adına Moskva Dövlət Universitetindən, Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu və İdarəetmə İnstitutundan, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasından (Kazan), Hindistanın “Brahma Kumaris” Ümumdünya İlahiyyat Universitetindən, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Kulturoloq Fud Məmmədov, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, UNESKO-nun Dünya Mədəniyyəti İnstitutunun rektoru, akademik Engel Tahirov  həmçinin digər yerli və xarici elm mərkəzlərindən alim və mütəxəssislər iştirak ediblər.

Naitqlər, Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında dialoq, multikulturalizm, beynəlxalq humanitar əməkdaşlıq sahələrində qazandığı uğurlardan danışıblar. Bildirilib ki, bu konfrans böyük əhəmiyyətə malik olmaqla, əsas məqsədi həm dövlətlər səviyyəsində, həm də qlobal məkanda beynəlxalq təkliflər və proqramlarla tanış olmaq, Qərblə Şərq xalqlarının və dövlətlərinin dayanıqlı inkişafı ilə bağlı maraqlarına cavab vermək, sosial-mədəni tərəqqi, mədəni dialoq, davamlı problemlərin həlli üçün yüksək mədəniyyətli insanlar yetişdirməkdir.

Görüş çərçivəsində, Dövlət İdarəçilik Akademiyasında “Mədəniyyət qlobal problem kimi” mövzusunda UNESKO-nun Universitetlərarası Şəbəkə kafedrasının açılması ilə bağlı ilkin razılaşma əldə edilib, iştirakçılara “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının Azərbaycan bölməsinin açılması barədə məlumat verilib, Beynəlxalq Kulturoloqlar Assosiasiyasının və Beynəlxalq Kulturoloqlar Gününün yaradılması üçün UNESKO-ya müraciət təklifi irəli sürülüb.

Sonda iştirakçılar tərəfindən Azərbaycan Respublikası Hökumətinə humanitar sahəyə elmi dəstək üçün “Beynəlxalq həmrəylik və mədəni əməkdaşlıq haqqında” və “Bəşəriyyətin təhlükəsizliyi” mövzusunda qətnamələr, həmçinin iştirakçıların BMT-nin, UNESKO-nun və Azərbaycanın rəhbərliklərinə bəyannamə və müraciətləri qəbul edilib.

 

Keçidlər