Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda 9 noyabr Bayraq günü münasibətilə tədbir keçirildi

07 noyabr 2019 | 16:00

Qusarda 07 noyabr 2019-cu il tarixdə səhər saatlarından başlayaraq Qusar şəhər Mərkəzi Meydanda 09 Bayraq günü münasibətilə yürüşə start verildi. Yürüş marşrutu Mərkəzi Meydandan şəhərin girişində yerləşən Bayraq Meydanına kimi nəzərdə tutulmuşdur. Yürüşdə hərbiçilər, idarə və müəssisələrinin kollektivləri, müəllim və yuxarı sinif şagirdləri, rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir. Qusar rayon N saylı hərbi hissənin əsgərlərinin ifasında marş sədaları altında, yürüş iştrakçılar Azərbaycan Respublikasının bayraqları ilə 5 km məsafəni piyada qət etdilər. Tədbir Bayraq Meydanında Bayraq gününə həsr olunmuş çıxışları ilə davam etdirildi.

Keçidlər