Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun qonağı olub

04 dekabr 2019 | 16:00

Dekabrın 03-də Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna Qusar rayonuna səfər edib. O, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovla görüşüb. Görüşdə rayon icra hakimiyyətinin başçısı Bavitlunq Vanlalvavnaya Qusarın tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə məlumat verib. Hindistan-Azərbaycan arasında mövcud iqtisadi və mədəni əlaqələrin daha da genişləndiyi qeyd edən tərəflər turizm, kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları və digər sahələrdə də ölkələr üçün münbit şəraitin yarandığını vurğulamışlar. Qeyd olunub ki, iki ölkə arasında bir çox sahələrdə biznes və ticarət əlaqələri getdikcə artır. Hindistan və Azərbaycan arasında tarixi bağlar, inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətlər olduğu qeyd olunub.

 

Keçidlər