Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

06 dekabr 2019 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Qusar rayonunun sakinləri də böyük həvəslə qoşulublar.

Dekabrın 6-sı, səhər saatlarından Qusar şəhəri ərazisində, rayon mərkəzindən Qusar-“Şahdağ” Turizm Mərkəzi və Qusar-Xudat avtomobil yollarının kənarları boyunca müxtəlif növ ağac tinglərinin əkilməsinə start verilib.

Bayram əhval-ruhiyyəsində keçən aksiyaya yüzlərlə rayon sakini qoşulub.

Bu genişmiqyaslı kampaniya Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması baxımından olduqca əhəmiyyətlidir.

Rayon ərazisində gün ərzində minlərlə ağac tingi əkilib.

 

Keçidlər