Növbəti səyyar qəbul Gedəzeyxür kəndində keçirilib
26 oktyabr 2019 | 16:00
25.10.2019-cu il tarixdə Qusar RİH başçısı Şair Alxasovun Qusar rayonunun Gedəzeyxür kəndinin sakinləri ilə görüşüb olub. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov iştirak edib. Kənd sakinləri onları narahat edən məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan problemlər sırasında yay aylarında suvarma suyun çatışmazlığı, arxların betonlaşdırılması, yararsız elektrik dirəklərin və naqillərin dəyişdirilməsi və sair məsələlər öz əksini tapib. Mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə lazımi tapşırıqlar verilmişdir.