15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib
İyunun 11-də 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qusar rayonunda bayram əhval-ruhiyyəsi hökm sürüb. Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkında Elza İbrahimova adına Qusar Şəhər Uşaq İncəsənət Məktəbinin müəllim və şagird kollektivinin hazırladığı təntənəli konsert proqramı təqdim olunub.
Konsert proqramında Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, rayon sakinləri və şəhərin qonaqları iştirak ediblər. Milli ruhu əks etdirən musiqi nömrələri, vətənpərvərlik mövzusunda ifalar və rəngarəng rəqs kompozisiyaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Gənc istedadların səhnə performansı həm peşəkarlığı, həm də milli dəyərlərə bağlılığı ilə yadda qalıb.






