Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

15 may- Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

15 may 2025 | 18:07
 
15 may 2025-ci il tarixdə Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, MİHİ Qusar rayon Komitəsinin və Qusar rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 15 may- Beynəlxalq Ailə Gününə həsr olunmuş "Milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolu" adlı tədbir keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, rayon mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak etmişdir.
Tədbirdə mövzu ətrafında çıxış edən natiqlər bildiriblər ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin siyasi kursunda əsas istiqamətlərdən biri milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi, ailələrin sağlam təməllər üzərində qurulması məsələsi idi. "Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır" deyən ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70- ci illərindən başlayaraq milli dəyərlərimizin qorunub yaşadılmasına, ailə dəyərlərinə xüsusi qayğı ilə yanaşıb. Bu gün Azərbaycanda ailə, qadın və uşaq siyasətinin əsasını qoyan Heydər Əliyev yolunu və ideyalarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür.
Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzi və filiallarının əməkdaşları konsert proqramı ilə çıxış ediblər.
Sonda Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı tərəfindən tədbir iştirakçılarına "Gənc ailələrə tövsiyələr" adlı bukletlər paylanılıb, xatirə şəkli çəkdirilib.
Keçidlər