Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Dekabrın 4-də Kufoba kəndində səyyar qəbul keçirilib

05 dekabr 2019 | 16:00

04.12. 2019-cu il tarixdə Qusar RİH başçısı Şair Alxasov Qusar rayonunun Kufoba kəndinin sakinləri ilə görüşüb. Kənd sakinləri onları narahat edən məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan problemlər sırasında yay aylarında suvarma suyun çatışmazlığı səbəbindən əkin sahələrini suvara bilmədiklərini, bu da məhsulun azalmasına səbəb olduğunu qeyd etdilər, habelə sakinlər suyun itkisinin qarşısının alınması üçün suvarma arxlarının betonlaşdırılmasını xahiş etdilər. Sakinləri narahat edən əsas məsələlərdən biri, elektrik enerjisinin verilişində tez-tez fasilələrin baş verməsidir ki, bu da kənd sakinlərinin gündəlik həyatlarında xeyli çətinlikərə səbəb olur. Rayon başçsı məsələ ilə əlaqədar işıq idarəsinin rəhbərliyinə problemin aradan qaldırılması üçün zəruri işlərin görülməsini tapşırdı. Suvarma suyun çatışmazlığı Suvarma Sistemləri idarəsinin rəhbərliyi tərəfindən Samur çayında cari ildə suyun az olması ilə əlaqələndirildi. Su arxlarının betonlaşdırılması hər il müəyyən olunmuş grafik üzrə aparıldığını və sakinlərin xahişi nəzərə alınacağı izah olundu. Bu və digər mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə ciddi tapşırıqlar verilmişdir.

Keçidlər