Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib
29 yanvar 2020 | 16:00
Yanvarın 28-də Qusar Gənclər Evində, Qusar RİH başçısının 1-ci müavini Ş.Fərəməzovun iştirakı ilə Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib. Tədbirdə Qusar şəhər inzibati ərazi üzrə nümayəndəsi Nahid Arazov çıxış edərək 2019-ci ildə görülən işlər və 2020-cu ildə qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarını məlumatlandırıb. Sonra Qusar şəhər bələdiyyəsinin sədri, Qusar rayon Kommunal Müəssisələri Kombinatının direktoru 2019-cu ildə gördükləri işlər barədə məlumat veriblər. Hesabatda ətraflı olaraq mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra məsələlərin həlli ilə bağlı müvafiq təkliflər verilib.