Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası davam edir: valideynlərin asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılır

10 avqust 2026 | 09:13
16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası davam edir: valideynlərin asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılır
Qusar rayonunda 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası uğurla davam edir. Olimpiadada respublikamızın müxtəlif bölgələrindən gəlmiş istedadlı gənc şahmatçılar öz güclərini sınayırlar. Yarışlar yüksək təşkilatçılıq və gərgin mübarizə şəraitində keçirilir.
Olimpiadada iştirak edən yeniyetmələrin valideynlərinin asudə vaxtlarının daha maraqlı və yaddaqalan təşkili məqsədilə valideynlər arasında nərd yarışması təşkil olunub. Yarışda çoxsaylı valideynlər fəal iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər.
Yekunda qalib gələn iştirakçılar diplomlarla təltif olunublar.
Keçidlər