Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası davam edir

07 avqust 2026 | 17:48
 
Qusar rayonunda 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası uğurla davam edir. Artıq yarışın beşinci günü yekunlaşıb. Ölkənin müxtəlif şəhər və rayonlarından Qusara toplaşan 300-dən çox yeniyetmə şahmatçı qələbə uğrunda mübarizə aparır. Təşkilatçılar tərəfindən yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. İştirakçıların yalnız intellektual deyil, həm də fiziki hazırlığına xüsusi diqqət yetirilir. Belə ki, Qusar Olimpiya İdman Kompleksində yeniyetmələr üçün idman məşğələləri təşkil olunur. Bu da gənc şahmatçıların yarış gününə daha gümrah və enerjili başlamasına şərait yaradır.
Eyni zamanda qonaqlar üçün istirahət proqramı da təşkil olunub. Avqustun 6-da Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeniyetmə şahmatçılar və valideynlərin Şahdağ Turizm Mərkəzinə ekskursiyası təşkil edilib.
Qeyd edək ki, Olimpiada avqustun 11-dək davam edəcək və bağlanış mərasimi ilə yekunlaşacaq.
Keçidlər