Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım
23 mart 2020 | 16:00
Azərbaycan Respublikasi Prezidentinin Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna cənab prezident İlham Əliyev bir illik əməkhaqqını ianə etdikdən sonra bir sıra dövlət və qeyri dövlət strukturları, respublikanın imkanlı şəxləri tərəfindən sözügedən fonda vəsaitlər köçürülməyə başlandı. Qusarlı sahibkalar və iş adamları da bu təşəbbüsə qoşulmuş və ilkin olaraq UNİCO Şirkəti tərəfindı 50 min, METAK Şirkəti tərəfindı 30 min, fərdi sahibkar Ramiz Güləliyev tərəfindı 500 manat olmaqla ümumilikdə Qusar rayonu üzrə 80500 manat vəsait adı çəkilən fonda köçürülmüşdür. Qusarlı sahibkarlar tərəfindən təşəbbüslər davam olunur.