Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyəti Başçısının əmri.

01 aprel 2020 | 16:00

Azərbaycan Respublikası 

Qusar rayon İcra Hakimiyyəti Başçısının

ƏMRİ

№13                                                                                                                  31 mart 2020-ci il

 

Nazirlər Kabinetinin Yanında Operativ Qərargahın tələb və təkliflərinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ötən müddət ərzində Qusar rayonunda zəruri tədbirlər həyata keçirilmiş və bu tədbirlər davam etdirilir. “Şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər” barəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevin rayon İcra Hakimiyyətlərinə ünvanladığı 30 mart 2020-ci il tarixli məktubu rəhbər tutaraq əmr edirəm:

Müvafiq ərazilərdə təmizlik və dezinfeksiya işləri xüsusi karantin rejimi dövrü bitənədək aşağıdakı tələblərə riayət edilməklə aparılması təmin edilsin.

1. Açıq ərazilər gündə 1 dəfə təmizlənməli, hər iki gündən bir dəfə dezinfeksiya edilsin:
- avtomobil yolları, səkilər;
- körpülər, piyada keçidləri, avtomobil dayanacaqları;
- parklar və meydanlar;

2. Yaşayış və qeyri-yaşayış binaları:

- girəcəklər, pilləkən qəfəsləri, liftlər, yeraltı avtomobil dayanacaqları, həyətyanı sahələr hər gün təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir;
- tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və sair səthlər gündə ən azı 1 dəfə, həftədə 2 dəfə isə dezinfeksiyaedici maddə ilə təmizlənməlidir.

3. Fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərində, apteklərdə ümumi istifadədə olan ərazilər, tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və sair səthlər hər gün təmizlənməli və dezinfeksiya edilməlidir.

4. Bütün ödəniş terminalları, bankomatlar hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.

5. Sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin tutacaqları və oturacaqları, dayanacaqlarının oturacaqları hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.

 

6. Məişət tullantılarının yığılması üçün istifadə olunan bütün konteynerlər, ictimai binalarda və ərazilərdə olan tullantı qabları gündə 1 dəfə təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir.

7. Epidemiya aşkarlanmış ərazilərdə təmizlik işləri 2-4 saatda bir dəfədən, dezinfeksiya işləri isə həftədə 2 dəfədən az olmayaraq aparılmalıdır.

8. İctimai yerlərdə istifadə olunan bütün əşyalar, qurğular fərqli vasitələrlə təmizlənməli və dezinfeksiya edilməlidir.

9. Bütün təmizlik işləri aşağıdakı qaydada aparılmalıdır:

- təmizlik işləri daha təmiz ərazidən başlanmalı və çirkli əraziyə doğru davam etdirilməlidir;
- təmizlik məqsədilə ümumi təyinatlı maye qələvi yuyucu vasitələrdən istifadə edilməlidir;
- işçilər əlcək və digər qoruyucu vasitələrlə təmin olunmalıdır;
- istifadə olunmuş əlcəklər təmiz yuyulmalı və qurudulmalıdır;
- yararsız hala düşmüş və ya zədələnmiş əlcəklər yeniləri ilə əvəz olunmalıdır;
- təmizlik işləri bitdikdən sonra istifadə olunan avadanlıqlar təmizlənməlidir;
- məişət tullantılarının yığılması üçün istifadə olunan konteynerlər və tullantı qutularına nəzarət edilməli və onların tam dolmaması üçün boşaldılaraq daşınması təmin edilməlidir.


10. Təmizlik və dezinfeksiya işlərindən sonra əllər və biləklər su və sabunla                        20 saniyədən az olmayan müddətdə yuyulmalıdır.

11. Bu tələblər çoxaldılaraq bütün aidiyyəti qurumlara çatdırılması, yaşayış və qeyri yaşayış binalarının, fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərin girişlərində vətəndaşların görə biləcəyi yerdən asılması təmin edilsin.

12. Əmrin bütün aidiyyatı idarə, müəssisə və təşkilatlara çatdırılması, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri M.Fərzəliyevaya həvalə edilsin.

13. Əmrin icrasına nəzarət RİH başçısının müavinlərinə (Ş.Fərəməzova, E.Mustafayevə, Z.Eldarovaya) həvalə edilsin.
                                           

 


Şair Alxasov

Keçidlər