Qusar çempionların adını açıqlayır
Bədii gimnastika üzrə şənbə günü keçirilən Azərbaycan çempionatı tarixə düşəcək. Çempionatın say etibarilə 18-ci dəfə keçirilməsinə baxmayaarq, "ilk dəfə" sözü kluarlarda 4 dəfə səsləndirilib.
Beləliklə, birinci "ilk dəfə". Bu, heç şübhəsiz çempionatın təşkili ilə bağlıdır. Çempionat paytaxda yox, regionda - Qusarda keçirildi. Rahat və Avropasayağı zalda iynə atsan, yerə düşməzdi: idman kompleksi tam dolmuşdu, bu isə yerli sakinlərin çempionata böyük marağından xəbər verir.
İkincisi, Qusarda bədi gimnastika üzrə növbəti bölmənin açılmasıdır. Buna görə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov tərəfindən kompleks rəhbərliyinə rəmzi bayraq verilib. O xatırladıb ki, federasiyanın məqsədlərindən biri idmanın bu növünün ölkənin regionlarında da inkişaf etdirilməsidir. Onun sözlərinə görə, hazırda belə bölmələr Bakıdan başqa, Sumqayıt, Gəncə, Xırdalan və Göyçayda fəaliyyət göstərir. Son iki ay ərzində Qusar bölməsinə artıq 56 qız yazılıb. Onları bakılı mütəxəssis, yeniyetmə qrup çıxışlarında 2009-cu il Avropa çempionatının gümüş mükafatçısı Kamilə Məmmədova çalışdırır.
Üçüncü "ilk dəfə" ikincidən irəli gəlir və onunla əlaqədardır ki, yeniyetmələrin ölkə çempionatında Gəncə gimnastı çıxış edib. Azərbaycanın qərb regionunun nümayəndəsi nəzərəçarpacaq çıxış göstərməyib, lakin onun çıxışına həm ölkənin şimal bölgəsinin tamaşaçıları, həm də yığmanın məşqçisi biganə qalmayıb.
Və ən nəhayət, dördüncüsü. Qusardakı yarışları ilk dəfə olaraq feedrasiyanın saytı vasitəsilə izləmək mümkün idi. Sayt Azərbaycan çempionatını canlı yayımlayıb. Beləliklə, Aliyə Qarayevanın növbəti, dördüncü çempionluğu haqqında Moskva və Minskdə, Kiyev və Sofiyada, Tel-Əviv və Madriddə xəbər tutublar. Gümüş medalı Zeynəb Cavadlı, bürüncü isə Anna Qurbanova qazanıb. Bütün finallarda bu gimnastlar bu şəkildə düzülüblər.
Yeniyetmələrin turnirinə gəldikdə, çoxnövçülükdə fəxri kürsüyə Lalə Yusifova qalxıb. O, son iki Avropa çempionatından sonra dəyişməz olaraq medalla gedir. Bundan başqa, Ləman Hacızadə və Gülsüm Şəfizadə də fəxri kürsüyə yüksəliblər. Ayrı-ayrı hərəkətlərdə də həmin gimnastlar - Lalə Yusifova (top, halqa), Gülsüm Şəfizadə (gürzlər) və Ləman Hacızadə (lent) qalib gəliblər.
Beynəlxalq Gimnastika Federasiyasının 130 illik yubileyi çərçivəsində keçirilən yarış təmtəraqlı qala-konsertlə başa çatıb. Beynəlxalq Gimnastika Federasiyasının yubileyi münasibətilə kompleksin üzərində federasiyanın bayarğı dalğalanırdı.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov federasiya prezidenti Mehriban xanım Əliyeva başda olmaqla. Gimnastika Federasiyasına gözəllik və idman bayramına görə təşşəkkürlərini bildiriblər.