Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarçay çayında sel sularının yaratdığı fəsadlar aradan qaldırılır.

13 may 2020 | 16:00

        Uzun müddət quraq keçən hava şəraitindən sonra may ayının ilk günlərində bir neçə gün aramsız yağan yağışlar nəticəsində Qusarçay çayına gələn sel suları Zindanmuruqqışlaq kəndlərini suvarma suyu ilə təmin edən beton kalının başlanğıcında 1 km-ə qədər hissəsini dağıtmış, Yeni Həyat və Qalacıq kəndlərini suvarma suyu  ilə təmin edən arxın çaydan su götürülən hissəsinə və həmin ərazidə tikilməkdə olan fiksator qurğusunu yuyaraq zərər yetirmişdir. Sel suları çayın daş-çınqıl qatını yuyub aparmaqla Qusar şəhəri ərazisindəki hər iki körpünün dayaqlarının bünövrə hissələrini üzə çıxartmışdır. Xüsusilə 1970-ci ildə inşa edilmiş Qusar-Quba yolunun üzərindəki 110 p/m-lik körpünün lövhələrdən ibarət su istiqamətləndirici bəndinin sel suları tərəfindən aparması və həmin ərazidə çay yatağının 3 metrədən çox aşağı düşməsi nəticəsində körpü üçün təhlükəli vəziyyət yaratmışdır.
        Sel sularının yaratdığı fəsadlarla yerində tanış olan rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov hər iki körpünün ərazisində fiksator qurğularının tikintisi, dağılmış beton kanalın bərpa edilməsi və digər məsələlərlə bağlı əlaqədar şəxslərə öz tapşırıqlarını vermişdir. Sel sularının dağıtdığı arx və kanala müvəqqəti olaraq alternativ yollarla suyun verilməsi bərpa edilmiş və kənd sakinləri suvarma suyu ilə təmin edilir. Eyni zamanda dağılmış yerlərin əsaslı sürətdə yenidən tikintisi üçün tədbirlər görülür.

Keçidlər