Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

17 oktyabr 2026 | 16:42
18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü Azərbaycan xalqının azadlıq iradəsini, milli dövlətçilik ənənələrinə bağlılığını və müstəqil yaşamaq əzmini təcəssüm etdirən əlamətdar tarixlərdən biridir. Bu mühüm günün tarixi mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə Qusar rayonunda silsilə tədbirlər keçirilmişdir.
Rayonun ümumtəhsil müəssisələrini, mədəniyyət ocaqlarını və digər müəssisələri əhatə edən tədbirlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, xalqımızın azadlıq mübarizəsi, milli dövlətçiliyimizin inkişaf mərhələləri ilə bağlı məlumat verilib, mövzu ətrafında çıxışlar edilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Qusar Peşə Liseyində 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, mövzu ətrafında çıxışlar dinlənilib və videoçarx nümayiş etdirilib.
Oktyabrın 16-da şəhər 1 saylı tam orta ümumtəhsil məktəbi və Qusar rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir çərçivəsində şagirdlərə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, xalqımızın azadlıq mübarizəsi, müstəqilliyimizin qorunub saxlanılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq, dövlətçilik ənənələrinə hörmət və Vətənə məhəbbət ruhunda yetişməsinin vacibliyi vurğulanıb. Çıxışlar zamanı müstəqil Azərbaycanın inkişaf yolunda əldə etdiyi nailiyyətlərə toxunulub, dövlət suverenliyinin möhkəmləndirilməsində milli birliyin, vətəndaş həmrəyliyinin və gənclərin fəal mövqeyinin rolu diqqətə çatdırılıb. Bildirilib ki, tariximizin mühüm hadisələrini dərindən öyrənən, milli-mənəvi dəyərlərinə sahib çıxan və dövlətinə bağlı yetişən gənclər müstəqilliyimizin gələcək təminatçılarıdır.
Silsilə tədbirlər rayonun kənd klubları, kitabxana filialları və ümumtəhsil məktəblərində da keçirilib. Mədəniyyət və təhsil müəssisələrində təşkil olunan tədbirlər, maarifləndirici görüşlər vasitəsilə milli dövlətçilik irsinin təbliği və tarixi yaddaşın qorunması istiqamətində maarifləndirmə işləri aparılıb.
Keçidlər