Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş “Əbədi yaşa, odlar yurdum, müstəqil Azərbaycan!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub

16 oktyabr 2026 | 17:44
Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutan müstəqillik ideyası xalqımızın azadlıq iradəsinin, milli özünüdərkinin və gələcəyini müstəqil müəyyənləşdirmək əzminin təcəssümüdür. Bu gün müstəqilliyimizin bərpası tarixinin öyrənilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslin Vətənə sədaqət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.
18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə oktyabrın 16-da Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin, onun bir sıra filiallarının əməkdaşlarının və məktəb şagirdlərinin iştirakı ilə “Əbədi yaşa, odlar yurdum, müstəqil Azərbaycan!” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi-siyasi əhəmiyyətindən, müstəqilliyimizin qorunub möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən bəhs ediblər. Qeyd olunub ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqil dövlətçilik iradəsinin parlaq təcəssümü olmuş, 1991-ci il oktyabrın 18-də qəbul edilən "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa edilmişdir. Vurğulanıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, ölkədə sabitliyin bərqərar edilməsi və möhkəm dövlətçilik əsaslarının formalaşdırılması baxımından həlledici əhəmiyyət daşıyıb. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycanın gələcək inkişafının strateji istiqamətləri müəyyənləşdirilib, milli maraqlara əsaslanan dövlət idarəçiliyinin möhkəmləndirilməsi üçün mühüm zəmin yaradılıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, ölkənin hərtərəfli inkişafına mühüm töhfələr verir.
Tədbirin davamında məktəb şagirdləri suveren və müstəqil Azərbaycana, doğma Vətənə, xalqımızın qəhrəmanlıq tarixinə və milli dəyərlərimizə həsr olunmuş şeirlər səsləndiriblər. Sonda Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Keçidlər