Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

18 Sentyabr – Milli Musiqi Günüdür

18 sentyabr 2026 | 18:23
 
Sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu əlamətdar tarix dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın müəllifi, görkəmli musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır.
Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri nəzərə alınaraq, bəstəkarın anadan olmasının 110-cu ildönümü münasibətilə Ulu Öndər Heydər Əliyev tərəfindən “Üzeyir musiqi gününün keçirilməsi haqqında” Fərman imzalanmışdır. Daha sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə hər il sentyabrın 18-nin Milli Musiqi Günü kimi qeyd olunması rəsmiləşdirilmişdir. Milli Musiqi Günü hər il ölkəmizin mədəni həyatında xüsusi yer tutan əlamətdar hadisə kimi qeyd edilir.
Üzeyir Hacıbəylinin adı Azərbaycan professional musiqisinin və milli bəstəkarlıq məktəbinin formalaşması ilə ayrılmaz şəkildə bağlıdır. Onun yaradıcılığı milli musiqi ənənələri ilə dünya professional musiqi prinsiplərini üzvi şəkildə birləşdirərək Azərbaycan musiqi sənətinin yeni inkişaf mərhələsinə yüksəlməsinə zəmin yaratmışdır. Bəstəkarın ölməz əsərləri bu gün də Azərbaycan səhnələrində və ölkəmizin hüdudlarından kənarda səslənərək onun yaradıcılıq irsinin əbədiyaşarlığını nümayiş etdirir.
Azərbaycan musiqisi xalqımızın çoxəsrlik tarixini, milli kimliyini və mənəvi dünyasını özündə yaşadan zəngin mədəni irsdir. Muğam sənətimiz, xalq mahnılarımız, aşıq musiqimiz, rəqs melodiyalarımız və professional bəstəkarlıq məktəbinin nümunələri milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, dünya musiqi xəzinəsinin də dəyərli nümunələri sırasında yer alır. Bu zəngin irsin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi mühüm mənəvi məsuliyyətdir.
Milli Musiqi Günü münasibətilə bütün bəstəkarları, musiqiçiləri və mədəniyyət sahəsində çalışan hər kəsi təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzu edirik.
Keçidlər