Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Cağarqışlaq kəndinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Samur-Abşeron kanalı üzərində nasos stansiyası qurulur.

14 may 2020 | 16:00

Qusar rayonunun Cağarqışlaq kəndinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Samur-Abşeron kanalı üzərində nasos stansiyası qurulur.

Cağarqışlaq kəndinin torpaq sahələri Qusarçayadan qidalanan Cağar arxı vasitəsilə suvarma suyu ilə təmin edilir. Hazırda Qusarçayda kifayət qədər su olduğu üçün kəndə tələbata uyğun su verilir. Lakin son illərdə yay aylarında Qusarçayda suyun azalması və Cağar arxının ətrafında bağ və əkin sahələrinin çoxalması kənd sahələrinin suvarma suyu ilə təminatında problemlər yaradır. Bunu nəzərə alaraq kəndin aşağı hissəsindən keçən Samur-Abşeron kanalının üzərində Sovetlər Birliyi dövründə tikilmiş, 1990-cı illərdə dağıdılmış nasos stansiyası yenidən bərpa olunur. Nasos stansiyasından kəndə kimi yüksək təzyiqə davamlı diametri 630 mm olan borulardan ibarət 3,8 km-lik su xəttinin çəkilməsi nəzərdə tutulur. Su xəttinin 1,8 km-lik hissəsi artıq çəkilib, daha 1 km-lik boru gətirilib, gücü 450 litr/san. olan 2 ədəd yeni su nasosu və digər avadanlıqlar quraşdırılıb. Bu gün görülən işlərlə yerində tanış olan rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bir qrup kənd sakini ilə də görüşdü. Kənd sakinlərinin xahişini nəzərə alaraq görülən işlərin tez bir zamanda başa çatdırılması ilə bağlı əlaqədar şəxslərə öz tapşırıqlarını verdi. Su xəttinin tam çəkilib başa çatdırılması üçün çatışmayan 1 km boruların gətirilməsi üçün əlaqədar qurumlar qarşısında məsələ qaldıracağını bildirdi.

Keçidlər