Quxuroba kənd məktəbinin binası əsaslı təmir olunur
420 şagird yerlik Quxuroba kənd tam orta məktəbi 1990-ci ildə istifadəyə verilmişdir. İstismara verildiyi vaxtdan əsaslı təmir olunmamış məktəb binasının idman zalının divarları dağılmış, sinif otaqlarında çatlar əmələ gəlmiş və məktəbdə tədrisin davam etdirməsi uşaqlar üçün təhlükə yaradırdı. Ona görə də məktəb kollektivinin və kənd sakinlərinin xahişini nəzərə alaraq rayon İcra Hakimiyyəti Təhsil Nazirliyi qarşısında məsələ qaldırmış və binanın əsaslı təmirinə başlanılmışdır.
Məktəbin əsaslı təmiri ilə bağlı görülən işlərlə tanış olan rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bir qrup müəllim və kənd sakinləri ilə də görüşərək onları narahat edən məsələləri müzakirə etmişdir. Bildirilmişdir ki, hazırda məktəbdə 342 şagird təhsil alır. Əsaslı təmir və yenidən qurma işlərindən sonra 464 şagirdin təhsil alması üçün müasir tələblərə uyğun şərait yaradılacaqdır. Məktəbin idman zalının dağılmış divarları yenidən tikilmiş, dam örtüyü yenilənmiş və digər təmir işləri görülmüşdür. Hazırda təmir-bərkitmə işləri davam etdirilir. Məktəb binasanın yeni dərs ilinə kimi istifadəyə verilməsi nəzərdə tutulur. Məktəb kollektivinin və kənd sakinlərinin xahişi məktəbdə aparılan təmir işlərinin tez başa çatdırılması, ərazidə abadalıq işlərinin görülməsi, eləcə də kəndin suvarma suyu ilə təminatı məsələləri ilə bağlı olmuşdur. Sakinlər mart-aprel aylarında havaların quraq keçməsi və suvarma suyu ilə bağlı problemlərin yaşandığını, may ayının ilk günlərindən başlayaraq suvarma suyu ilə tam təmin olunduqlarını bildirmişdir.