Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov Cibir kəndində baş vermiş bədbəxt hadisə ilə əlaqədar ailə üzvlərinə başsağlığı vermişdir.

03 iyun 2020 | 16:00

Qusar rayonunun Cibir kəndində 30.05.2020-ci il tarixdə bədbəxt hadisə baş vermişdir. Belə ki, kənddə həyətyani torpaq sahəsinin hasarının və hasarın tərkib hissəsi olan dəmir darvazanın aşması nəticəsində həyətdə oynayan üç azyaşlı 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramin Şeydayev və 2014-cü il təvəllüdlü Gülay Şeydayeva  müxtəlif dərəcədə bədən xəsarətləri alıblar. Nəticədə  Arif Əlisultanov aldığı xəsarətlərdən hadisə yerində ölmüş digər iki azyaşlı isə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov, RİH-nin müavinləri və şöbə müdürləri Arif Əlisultanovun ailəsinə baş çəkmiş, haisədən kədərləndiyiini bildirərək ailə üzvlərinə başsağlığı vermişlər.

Keçidlər