Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov İƏD nümayəndələri ilə növbəti videokonfransı keçirib.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov İƏD nümayəndələri ilə növbəti videokonfransı keçirib.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov inzibati ərazi dairə üzrə nümayəndələri ilə növbəti videokonfransı keçirib. Konfransda Koronavirus pandemiyası ilə əlaqədar yerlərdə mövcud vəziyyəti müzakirə edilmiş, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrasının vacibliyi konfrans iştirakçılarına çatdırılmışdır. Yaranmış vəziyyətlə bağlı əhali arasında təbliğat işlərinin aparılması, karantin rejiminin tələblərinin qüsursuz şəkildə icra edilməsi ilə əlaqədar İƏD üzrə nümayəndələrinə ciddi tapşırıqlar vermişdir.
Qusar rayon İcra Hakimiyyətinin başçısı onu da qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib . Həmin videomüşavirədə respublika üzrə epidemioloji vəziyyətin ciddi təhlil olunduğunu və hər kəs tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.
Şair Alxasov daha sonra yerlərdə əhalini narahat edən digər problemləri ilə maraqlanaraq onların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyyələrini vermişdir.