2 Fevral-Azərbaycan Gəncləri Günüdür
Bu gün 28 illiyi qeyd olunan Azərbaycan Gəncləri Gününün təsis edildiyi tarix Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci ildə Ulu Öndərimizin "2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncamı gənclər siyasəti istiqamətində atılan uğurlu addımlardan biri idi.
02 fevral 2025-ci il tarixdə “02 fevral Azərbaycan Gəncləri Günü” münasibəti ilə Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov və bir qrup gənc Qusar şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna ehtiramlarını ifadə ediblər.
Daha sonra Qusar Dövlət Rəsm Qalereyasında gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Fevralın 2-də həmçinin Qusar rayonunun Hil kəndinin Güləş İdman zalında yeniyetmə güləşçilərlə görüş keçirilmişdir.