Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

2 fevral Gənclər Günü münasibətilə Qusar rayonunda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.

02 fevral 2023 | 16:11

Qusarda 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon gənclərinin iştirakı ilə ümumrayon toplantısı keçirilmişdir.

Öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət  olunmuş, gül-çiçək düzərək dərin hörmət və ehtiramlarını ifadə etmişlər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzinin akt zalında davam etmişdir. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev gəncləri bayram münasibətilə təbrik etmiş, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, sosial problemlərin həlli, hüquqlarının müdafiəsinin təmin edilməsində Ulu Öndər Heydər Əliyevin gördüyü işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu gənclər siyasəti barədə ətraflı məlumat vermişdir.

Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və rayonda gənclərlə bağlı həyata keçirilən tədbirlərdən, müxtəlif layihələrdən danışmış, gəncləri bayram münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsil, mədəniyyət sahələrində fərqlənən gənclərə fərxri fərmanlar və hədiyyələr təqdim edilmişdir. Həmçinin Qusar rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Heydər Əliyev irsi ən böyük sərvətimizdir” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri fəxri diplomlarla təltif edilmişdir.

Keçidlər