Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarın Rusiya Federasiyası ilə sərhəddə yerləşən Zuxul kəndində problemlər ardıcıllıqla aradan qaldırılır.

17 iyul 2020 | 16:00

Qusarın Rusiya Federasiyası ilə sərhəddə yerləşən
Zuxul kəndində problemlər ardıcıllıqla aradan qaldırılır


Qusar rayonunun ucqar kəndlərindən biri olan Zuxul kəndində həyətyanı və əkin sahələrinin suvarılmasında olan su çatışmazlığı probleminin həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 may 2020-ci il tarixli sərəncamına uyğun olaraq beton örtüklü kanalın tikintisinə başlanılıb.
Görülən işlərlə tanış olmaq üçün tikinti ərazisinə gələn rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasova və Milli Məclisin deputatı Azər Badamova layihə haqqında “Aztikintiservis” MMC-nin direktoru Paşa Papaqçiyev geniş məlumat verdi. Bildirildi ki, Zuxul kəndinin həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması layihəsi çərçivəsində “Tahircalçay” çayında  suqəbuledici qurğu tikilməklə 2265 p/m magistral beton kanalının, 1340 p/m boru kəmərinin çəkilməsi, nasos stansiyasının qurulması və 2560 p/m torpaq məcralı kanalın yenidən qurulması işlərinə başlanılmışdır. Layihə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə həyata keçirilir. Layihə başa çatdıqdan sonra kəndin 200 hektar həyətyanı və əkin sahəsi suvarma suyu ilə tam təmin olunması üçün kanal vasitəsilə 0,2 m3/san  su nəql olunacaqdır.
Zuxul kəndinin sosial, məişət və infrastruktur sahələrində olan problemlərin həlli məqsədilə əvvəlki illərdə də bir sıra layihələr icra olunub. Belə ki, 2012-ci ildə 22 km-lik  Həzrə-Zuxul yolu əsaslı təmir edilmiş, kəndin ərazisində Tahircal çayı üzərində 84 p/m-lik, dörd aşırımlı körpü tikilib istifadəyə verilmişdir. 2016-cı ildə kənd qazlaşdırılmış, 2017-ci ildə kənddə modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin və müəllimlərin istifadəsinə verilmişdir. 2019-cu ildə isə kəndin istifadəyə yararsız dayaqları dəyişdirilərək hava elektrik verilişi xətləri SİP kabel xətləri ilə əvəz edilmişdir. Həyata keçirilməsinə başlanılan bu layihə də başa çatdıqdan sonra sakinlərin suvarma su ilə təminatındakı problemləri də öz həllini tapacaqdır.
Son illərdə kənddə görülən işləri ölkə başçısının onlara göstərdiyi qayğı kimi qiymətləndirdiyini deyən kənd sakinləri cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, ona can sağlığı, indiki mürəkkəb və çətin bir vaxtda uğurlar, xarici və daxili düşmənlər üzərində qələbə arzulamışdır.

Keçidlər