Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər davam etdirilir

22 sentyabr 2025 | 13:37
 
Sentyabrın 19-da Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar şəhər 3 nömrəli tam orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin və Qusar Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirdə iştirakçılara Azərbaycan Respublikasının Konstitusiyasının mahiyyəti, vətəndaşların hüquq və vəzifələri, dövlətin suverenlik prinsipləri və bu sahədə həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Çıxışlarda vurğulanıb ki, Konstitusiya dövlətin əsas qanunu olmaqla, Azərbaycan xalqının iradəsini ifadə edir və dövlət müstəqilliyimizin, milli suverenliyimizin hüquqi təminatıdır. Həmçinin, gənc nəslin hüquqi biliklərinin artırılması, vətənpərvərlik ruhunda tərbiyəsi və qanunlara hörmət prinsiplərinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyəti qeyd olunub, Dövlət Suverenliyi Günü ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, bu gün Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən təsis edilib.
Tədbir interaktiv xarakter daşıyıb, şagirdlərin ünvanladığı suallar ətraflı cavablandırılıb.
Keçidlər