Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

2026-cı ilin birinci rübü üzrə rayonun sosial-iqtisadi inkişaf göstəricilərinin müzakirəsi keçirilmişdir

13 aprel 2026 | 20:15

Aprelin 13-də Qusar Rayon İcra Hakimiyyətində 2026-cı ilin birinci rübü üzrə rayonun sosial-iqtisadi inkişaf göstəricilərinin müzakirəsi keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul əməkdaşları, Rayon Statistika İdarəsinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərlərinin iştirakı ilə keçirilmiş müzakirə zamanı cari ilin birinci rübü üzrə, xüsusilə kənd təsərrüfatı sahəsində-heyvandarlığın inkişafı, mal-qara sayının dinamikası, eləcə də yazlıq əkinlər barəsində rayonun əsas sosial-iqtisadi göstəriciləri təhlil edilmişdir. Müzakirə zamanı son günlər rayon ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar kənd təsərrüfatı sahələrinə dəyən ziyanlar da təhlil edilmiş, vəziyyətin nəzarətdə saxlanıldığı və dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görüldüyü qeyd edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı statistik məlumatların düzgün və vaxtında hazırlanmasının vacibliyini vurğulamış, bu istiqamətdə Rayon Statistika İdarəsi və Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Qeyd olunmuşdur ki, rayon üzrə bəzi sosial-iqtisadi göstəricilərin hazırlanmasının aprel ayının sonunda yekunlaşacağı nəzərə alınaraq, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı daha geniş müzakirələrin aprel ayının sonunda keçirilməsi nəzərdə tutulur.

Keçidlər