Qusar rayon əhalisinin içməli su və suvarma suyu ilə təminatı vəziyyəti müzakirə edilib.
Əkin sahələrinin suvarma suyu və əhalinin içməli su ilə təminatı məsələləri İyul ayının 27-də Qusar rayon İcra Hakimiyyətində keçirilən müşavirədə geniş təhlil edilərək müzakirə olunmuşdur.
Qeyd olunmuşdur ki, iqlim dəyişiklikləri ilə əlaqədar dağlarda qar və buz ehtiyatlarının azalması, qış fəslində ötən illərlə müqayisədə yağan qarın az olması çaylarda suyun azalmasına səbəb olmuşdur. Bildirilmişdir ki, çayldarda o cümlədən kanallarda suyun səviyyəsinin azalmasına həmçinin yaz və yay aylarının yağıntısız keçməsi öz mənfi təsirini göstərmişdir. Ona görə də kanallardan təsərrüfatların suvarılması üçün arxlara verilən suyun miqdarı ötən illə müqayisədə orta hesabla 30 faiz aşağı olmuşdur. Ona görə də təsərrüfatlara suyun növbəlik əsasında , rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış grafikə uyuğun verilməsi təmin edilir. İtkilərin qarşısının alınması üçün əlavə tədbirlər görülür. Bununla belə, ötən həftə 2 sutka ərzində rayon ərazisində yağan yağış çaylarda sululuq səviyyəsini artırmış və təsərrüfatlara son 5 gündə verilən suyun miqdarını 2 dəfəyə qədər artırmağa imkan vermişdir.
Son illərdə suvarma mövsümündə yaşanan su çatışmazlığı probleminin həlli məqsədi ilə rayon İcra Hakimiyyəti tərəfindən Qusarçay çayının yuxarı hissəsində və digər yerlərdə su anbarların(su tutarlarının) yaradılması üçün müvafiq qurumların qarşısında məsələ qaldırılmış, təkliflər hazırlanaraq təqdim edilmişdir.
Müşavirədə bildirilmişdir ki, rayonda içməli su ilə təminatı sahəsində ciddi bir dəyişiklik yoxdur. Bəzi günlərdə Qusar şəhərinin müəyyən hündür ərazilərində yerləşən evlərə sutkanın müəyyən saatlarında suyun çıxmaması hallar nəzərə alınmazsa bu sahədə ciddi problemlər olmamışdır. Şəhərin müəyyən ərazilərinə bəzi saatlarda suyun çıxmamasının səbəbi də sakinlər tərəfindən fərdi həyətlərində olan ağac və yaşıllıqlarıın sulaması ilə əlaqədar olduğu bildirilmişdir. Belə ki, qış ayları ilə (dekabr) müqayisədə yay aylarında (iyun) abonentlərə verilən suyun miqdarı 104292 m3 (224043-328335) çox olmuşdur. Bununla yanaşı iyun ayında verilən suyun dəyərinin ödənilməsi də armış və 134,4 faiz təşkil etmişdir. Qusar şəhərində əhaliyə içməli su 2013-2016-ci illərdə yenidən qurulmuş şəbəkə vasitəsi ilə, bəzi dağlıq ərazidə yerləşən kəndlərdə bulaqlardan çəkilmiş su xətləri vasitəsilə, artezian quyuları olan kəndlərdə artezian, digər kəndlərdə arx və çay suların vasitəsi ilə təmin edilir.
Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov həm içməli və həm də suvarma suyu ilə təminatında yarana biləcək problemlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi və suyun ədalətli bölgüsünün aparılması ilə bağlı tapşırıq və tövsiyyələrini verdi.