Dövlət Bayrağı Günü qeyd olundu
08 noyabr 2012 | 16:00
07 noyabr 2012-ci il tarixdə Dövlət Bayrağı Günü ilə bağlı ənənəvi yürüş keçirildi. Minə yaxın əsgər, məktəbli, gənc və ahıl, eləcə də yüzlərlə avtomobil şəhərin mərkəzi meydanından Dövlət Bayrağı meydanına doğru yürüş etdi. Əsgərlərin başları üstünə qaldıraraq apardıqları 40 metr uzunluğunda Azərbaycan bayrağı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.Tədbir Bayraq Meydanı Kompleksində konsert proqramı ilə davam etdirilmişdir.