22 noyabr-Ədliyyə işçilərinin peşə bayramı günüdür
Respublikamızda bütün sahələrdə olduğu kimi Ədliyyə orqanları da davamlı inkişaf və müasirləşmə yolundadır. Ədliyyə orqanları hüquq sisteminin vacib bir hissəsi kimi qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm rol oynayır, təkmil bir struktur olaraq dövlətə və xalqa şərəflə xidmət edir, mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində yeni-yeni uğurlara imza atır.
Ümumilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr-Ədliyyə işçilərinin peşə bayramı günü olaraq təsis edilmişdir. Bu əlamətdar gün münasibətilə Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov ölkəmizin ədliyyə işçilərini peşə bayramı günü münasibətilə ürəkdən təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.