23 iyun Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Qusar rayonunda 23 iyun Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və RİH Başçısı Aparatının əməkdaşları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək hörmət və ehtiramını bildiriblər. Daha sonra tədbir RİH-nin akt zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sistemi təkmilləşdirilmiş və çevik idarəetmə sistemi yaradılmışdır. Ümummilli Liderin layıqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edən RİH-nin rəhbəri dövlət başçısının 2006-ci il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün kimi təsis olunmasını da bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin daha bir təzhürü olduğunu vurğulayıb. Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilmişdir.