Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

26-İyun Silahlı Qüvvələr Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib

26 iyun 2025 | 20:25
 
24 iyun 2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qusar Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Qusar Rayon Heydər Əliyev Mərkəzində 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş “Qalib Azərbaycan Ordusu” adlı tədbir keçirilib.
Tədbir öncəsi Qusar rayonunda Şəhidlər Xiyabanı və ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə şəhid anaları, Vətən müharibəsi qaziləri, rayon mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. Çıxış edən natiqlər 26 İyun – Silahlı Qüvvələr Gününün tarixi əhəmiyyətindən, Azərbaycan milli ordusunun yaranma tarixi və bu günə qədər keçdiyi şərəfli yoldan bəhs ediblər. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan Ordusu müasir dövrdə regionun ən güclü və peşəkar hərbi qüvvəsinə çevrilib. Təkcə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə deyil, postmünaqişə dövründə də ordumuzun göstərdiyi yüksək hazırlıq və peşəkarlıq xalqımızın ordusuna olan etimadını daha da möhkəmləndirib.
Tədbir çərçivəsində şəhid analarına və Vətən müharibəsi qazilərinə Silahlı Qüvvələr Günü münasibətilə hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində Qusar Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən vətənpərvərlik ruhunda mahnılar ifa olunub. Mərkəzi Kitabxananın fəal oxucuları tərəfindən şeirlər səsləndirilib.
Sonda Silahlı Qüvvələr Gününə həsr olunmuş sərgiyə baxış keçirilib, tədbir iştirakçıları üçün çay süfrəsi təşkil olunub.
26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlər çərçivəsində 21 iyun 2025-ci il tarixində Qusar Olimpiya İdman Kompleksində 2009–2010-cu il təvəllüdlü məktəbli oğlanlar arasında voleybol idman növü üzrə Qusar rayon birinciliyi təşkil edilib.
Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Razi Mustafayev, məşqçi-müəllimlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif ediliblər.
Keçidlər