Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ikinci Qarabağ Müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.

10 fevral 2021 | 16:00

İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda  aparılan Vətən müharibəsində qusarlılar da iştirak etmiş, şəxsi igidlik və şücaət nümayiş etdirmişlər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş Komandanın rəhbərliyi altında aparılan döyüş əməliyyatlarında mərdliklə vuruşan 37 qusarlı şəhid olmuş, 148 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov fevralın 9-da rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ikinci Qarabağ Müharibəsində həlak olmuş Düztahir, Mucuq, Ukur, Böyük Muruq, Hil, Cibir və Piral kəndlərində şəhidlərin məzarlarını ziyarət etmiş, şəhidlərin ailə üzvləri ilə görüşmüşdür.
İcra başçısı Vətənimizin azadlığı uğrunda canından keçən cəsur övladların məzarları üstünə tər çiçəklər qoymuş,  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən, adlarını müqəddəslərin siyahısına yazan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
Daha sonra şəhidlərin ailə üzvləri ilə görüşərək onları narahat edən problemlərilə yaxından maraqlanan icra başçısı şəhid ailələrini narahat edən məsələlərin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu məsələyə çox həssaslıqla yanaşdığını bildirərək, ən qısa müddətdə həmin məsələlərin həlli üçün tədbirlərin görüləcəyini söyləmişdir.

Keçidlər