Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirinin Qusar rayonuna səfəri.

12 fevral 2021 | 16:00

12.02.2021-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Həməd bin Abdul bin Xudeyr Qusar rayonuna səfər etmişdir. Səfər çərçivəsində Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasovla görüş keçirilmiş, görüş zamanı əməkdaşlıq persektivləri, sosial-mədəni və hərtərəfli işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Azərbaycanda səfir təyin olunmasından şərəf duyduğunu bildirən səfir fəaliyyəti dövründə əməldaşlıq əlaqələrinin genişləndirilməsi, o cümlədən ölkəmizin regionlarının daha da yaxşı tanıdılması istiqamətində səylər göstərdiyini qeyd etmişdir. Səfir daha sonra "Şahdağ" Qış-Yay Turizm Kompleksində olmuş, burada yaradılmış infrastrukturla tanış olmuş, Azərbaycanda dağ-xizək və qış idman növlərinin inkişafı perspektivlərindən danışmış, Qusar rayonuna istirahətə gələn turistlər üçüm hərtərəfli şəraitin yaradıldığını bildirmişdir. Səfərin davamı olaraq Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olmuş, burada qonaqlara Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilmişdir. Rəsm qalereyasında olan səfir rəsm və sənət əsərləri ilə tanış olmuş, səfərin yekunu olaraq Qanlı dərədə qəhrəmanlıq göstərmiş Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir. Səfir rayona səfərindən razı qaldığını bildirmiş və bu səfərin gələcək əməkdaşlığın inkişafı baxımından səmərəli olacağına ümidvar olduğunu bildirmişdir.

 

Keçidlər