Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi davam etdirilir.

26 fevral 2021 | 16:00

Bütün ölkədə olduğu kimi, Qusar rayonunda da yanvar ayının 18-də vaksinasiya prosesinə başlanılıb. Vaksinasiya Qusar Rayon Mərkəzi Xəstəxanasında və “OKİ” özəl tibb klinikasında  aparılır.Xəstəxanada yaradılan peyvənd otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Randevu sistemi yaşı 65 və yuxarı olan, həmçinin son bir il ərzində COVID-19 analizinin nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub. Onlayn qeydiyyatdan keçə bilməyən vətəndaşlar isə birbaşa rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsinə və yaxud qaynar xəttə müraciət edə bilərlər. Bundan əlavə rayonun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların razılığı olduğu halda onlayn qeydiyyatdan keçirilməsinə köməklik göstərilir.Artıq vaksinasiyanın birinci mərhələsində risk qrupuna daxil olan səhiyyə işçiləri peyvənd olunub. Respublikamızın hər yerində olduğu kimi, Qusar rayonunda da vaksinasiya prosesi davam etdirilir. Rayon əhalisinin 5972 nəfəri 65 və daha yuxarı yaşda olan şəxs və 15570 nəfəri 50-65 yaş arası şəxs təşkil edir. 25 fevral 2021-ci il tarixinə olan məlumata görə 845 nəfər 65 və daha yuxarı yaşda olan şəxs, 865 nəfər 50-65 yaş arası şəxs koronovirus (COVİD-19) xəstəliyinə qarşı vaksinasiyadan keçirilib. Hazırda rayonda vaksinasiyaprosesidavametdirilir.

Keçidlər