Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmiş şəhid ailələrinin üzvləri ilə görüşmüşdür.

11 mart 2021 | 16:00

Ölkəmiz Vətən müharibəsində erməni işğalçıları üzrəində qazandığı möhtəşəm qələbənin sevincini yaşayır. Bu qələbə şəhidlərimizin qanı, canı bahasına, igid vətən övladlarının misilsiz şücaəti sayəsində əldə olundu. İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda  aparılan Vətən müharibəsində qusarlılar da iştirak etmiş, şəxsi igidlik və şücaət nümayiş etdirmişlər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş Komandanın rəhbərliyi altında aparılan döyüş əməliyyatlarında mərdliklə vuruşan 37 qusarlı şəhid olmuş, 148 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır. Qusar torpağı erməni işğalçılarına qarşı aparılan müharibədə 105 şəhid vermiş, onlarla qusarlı gənc sağlamlığını itirmişdir. Şəhid ailələrinin, qazilərin problemləri, onları narahat edən məsələlər daim rayon rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Vətən Müharibəsində həlak olmuş şəhidlərin məzarlarını ziyarətini davam etdirir. 2021-ci il mart ayının 10 da RİH başçısı şəhidlərin məzarlarına ziyarətini davam etdirmiş, şəhidlərin ailə üzvləri ilə görüşmüşdür. İcra Hakimiyyətinin başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımıza Allahdan rəhmət diləmiş, şəhid ailələrinin üzvlərini dinləmiş, onları narahat edən problemlərilə maraqlanmış, aidiyyatı üzrə göstəriş və tövsiyələrini vermişdir. Ş.Alxasov şəhid ailələrinin və qazilərin daima ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu məsələyə çox həssaslıqla yanaşdığını bildirərək, qısa müddətdə qaldırılan məsələlərin həlli üçün tədbirlərin görüləcəyini söyləmişdir.

Keçidlər