27 Sentyabr - Anım Günündə I və II Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuşdur
29 sentyabr 2025 | 10:10
Sentyabrın 27-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov rayonun Urva kəndində I və II Qarabağ müharibələri şəhidlərinin məzarlarını ziyarət etmişdir.
Eyni gündə Milli Məclisin deputatı Azər Badamov, Qusar Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının bütün şöbə müdirləri, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərləri də Qusar şəhəri və rayonun müxtəlif kəndlərində I və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmişlər. Onlar şəhidlərin xatirəsini anaraq, ruhlarına dualar oxumuş, qəhrəmanlarımızın dövlətimizin ərazi bütövlüyü uğrunda göstərdikləri misilsiz fədakarlığın hər zaman minnətdarlıqla yad ediləcəyini diqqətə çatdırmışlar.
Anım mərasimlərində şəhid ailələri, məktəb şagirdləri də iştirak etmiş, şəhidlərə həsr edilmiş şeirlər səsləndirilmişdir.






