Qusar rayon Icra Hakimiyyətinin başçısı Qusar rayonundan olan şəhidlərin ailə üzvəlri ilə növbəti dəfə görüşmüşdür.
Qusar rayon Icra Hakimiyyətinin başçısı cənab Şair Alxasov rayonun hüquq mühafizə orqanlarıının rəhbərləri ilə birgə Qusar şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarları önünə gül-çiçək dəstləri qoymuş, daha sonra şəhidlərin ailə üzvləri ilə görüşərək onlara bir daha başsağlığı vermiş, onları narahat edən problemləri ilə yaxından tanış olmuşdur. Şair Alxasov bildirmişdir ki ölkə rəhbərliyi başda olmaqla bu kateqoriyadan olan vətəndaşların problemlərinin həllinə xüsusi diqqət göstərilir. Şəhidlərin ailə üzvləri Dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək dövlət başçısı başda olmaqla respublikanın bütün qurumları tərəfindən lazımı köməkliklərin göstərdiklərini qeyd etmişlər.