Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

27.09.2024-cü il tarixdə Qusar rayonunda Anım Günü qeyd olundu

27 sentyabr 2024 | 16:27

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.

Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi Qusar rayonunda da qeyd olunub. Anım Günündə Qusar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Sahir Məmmədxanov, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir  şəhidlər xiyabanının ziyarət edilməsi ilə başlamışdır. Əbədi Məşəl abidəsinin önünə gül dəstələri düzülmüş, şəhidlərin əziz xatirələri yad olunmuşdur. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı  tədbir iştirakçıları ilə birgə şəhid Cəfərov Ruslan Mövlan oğlunun məzarını ziyarət etmiş və ailəsi ilə görüşmüşdür. RİH başçısı Sahir Məmmədxanov, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımız, şəhidlərimiz və qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirmiş, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd etmişdir.

Anım Günü ilə əlaqədar rayon ərazisində saat 12:00-da ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, rayonda yerləşən bütün ümumi təhsil müəssisələrində ilk dərslər bu günə həsr olunmuş, Anım Günü ilə bağlı silsilə tədbirlər, yaradıcılıq müsabiqələri keçirilmişdir. Tədbirlər çərçivəsində şagirdlərə 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş bölgələrin tarixi haqqında ətraflı məlumat verilmiş, şəhidlərimizin həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.

Keçidlər