Qusar rayonunda əhalinin CİVİD-19 əleyhinə peyvənd olunması prosesi davam etdirilir.
18 mart 2021 | 16:00
Qusar rayonunda da bütün ölkə ərazisində oluğu kimi əhalinin vaksinasiyaya cəlb olunması prosesi davam edir. Vaksinasiya Qusar Rayon Mərkəzi Xəstəxanasında aparılır, və orada bu işin lazımi səviyyədə aparılması üçün bütün zəruri tədbirlər görülüb. İlk günlərdə peyvənd olunanlara ikinci dozanın vurulması prosesi davam edir. Bu gün Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov da ikinci doza vaksinin vurulması prosesində iştirak etmək üçün Rayon Mərkəzi Xəstəxanasına getmiş və bu addımı ilə həm də rayon sakinlərinə nümunə olmuşdur. 17 mart 2021-ci il tarixinə olan məlumata görə Qusar rayonu üzrə 3895 (COVİD-19) xəstəliyinə qarşı vaksin əhaliyə vurulmuşdur.