Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonun Əniq kəndində içməli su təminatının yaxşılaşdırılması layihəsi həyata keçiriləcəkdir.

18 mart 2021 | 16:00

Əniq kəndi rayonun iri yaşayış məntəqələrindən biri olmaqla qədim tarixə malikdir. Kənddə hazırda 2500 nəfərdən çox əhali yaşayır. Kəndə müxtəlif vaxtlarda çəkilmiş su xətləri əhalinin hazırki tələbatını ödəmir. Bunu nəzərə alaraq SEDA proqramı çərçivəsində kəndin ərazisindən axan çayda suqəbuledici qurğu tikilməklə kəndin məhəllələrinə plastik borularla müxtəlif diametrli 5000 p/m uzunluğunda yeni su xətlərin çəkilməsi nəzərdə tutulur.
SEDA “Azərbaycanda seçilmiş ABŞ Hökuməti Yardım Proqramlar”ı üzrə Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında 2009-cu ilin aprel ayında imzalanan Anlaşma Memorandumu əsasında Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin maliyyə vəsaiti və Azərbaycan Hökumətinin dəstəyi ilə icra olunan layihədir.
Ötən illərdə SEDA proqramı çərçivəsində rayonun Balaqusar kəndində meyvəqurutma, Gedəzeyxur kəndində yem istehsal sexlərinin yaradılması, Çiləgir kəndində həyətyanı sahələrin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün boru xəttinin çəkilməsi layihələri həyata keçirilmişdir.
Proqramın  hazırki fəaliyyət mərhələsində, cari ildə Qusar rayonunun Əniq və Urva kəndlərində su təminatının yaxşılaşdırılması layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Mart ayının 18-də Əniq kəndində içməli su təminatının yaxşılaşdırılması  layihəsinin icrasına başlamaq məqsədi ilə kənd bələdiyyəsini, Əniq icmasını, SEDA və podratçı təşkilatı təmsil edən nümayəndələrin iştirakı ilə (COVİD-19 pandemiyası ilə bağlı operativ qərargahın  tələblərinə riayət etməklə) layihə müqaviləsi imzalanmışdır. Layihə başa  çatdıqdan sonra kənd sakinlərinin içməli su təminatı ilə bağlı problemləri öz həllini tapacaqdır.

 

Keçidlər