Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Novruz bayramı ərəfəsində şəhid ailələri ilə görüş.

20 mart 2021 | 16:00

Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Növruz bayramı ərəfəsində rayonun Avaran və Xürel kəndlərindən olan şəhid ailələri ilə görüşmüşdür. İlk əvvəl Şair Alxasov şəhidləlrin məzarlarını ziyarət edərək gül-çiçək dəstlərini qoymuşdur. Daha sonra onların ailə üzvləri ilə görüşərək bir daha başsağlığı verərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış həmvətənlərimiz daima bizim yaddaşımızda qalacağını bildirmişdir. RİH başçısı onları narahat edən problemləri ilə yaxından tanış olduqlarını və bu məsələlərin qısa müddət ərzində aradan qaldırılması üçün əməli tədbirlərin görüldüyünü,  bundan sonra da bu kateqoriyadan olan insanları narahat edən məsələləri ilk növbədə həllinə çalışacağlarını bildirmişdir.

Keçidlər